"Cenoa" heyətini Stefano Sturaro ilə gücləndirrir. Matç.az xəbər verir ki, "Yuventus"un 25 yaşlı yarımmüdafiəçisi Genuya klubuna icarəyə verilir.

İki klub arasında razılığa əsasən Sturaro mövsümün sonunadək "Cenoa"da çıxış etməlidi. İcarə anlaşmasında futbolçunun yayda 18 milyon avroya transfer etmək hüququnun genuyalılara verilməsi də yer alacaq.

Qeyd edək ki, "Cenoa"nın yetirməsi olan Sturaro 2014-cü ildə Turin təmsilçisinə keçib. ötən mövsüm icarə əsasında Portuqaliya "Sportinq"inə keçən futbolçu zədə səbəbindən meydana çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest