"Mançester Yunayted"in ulduz futbolçusu Pol Poqbanın qardaşı Florentin Poqba karyerasını İspaniya klubunda davam etdirə bilər. Matç.az xəbər verir ki, 28 yaşlı müdafiəçi "Elçe"də baxışda olacaq.

Baxışda özünü yaxşı tərəfdən göstərsə, fransalı Sequnda klubu ilə müqavilə imzalayacaq.

Poqbanın son klubu Türkiyənin "Gənclərbirliyi" komandası olub. Lakin 2018-ci ilin mayından sonra müdafiəçi heç bir rəsmi oyuna çıxmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest