"Barselona" portuqaliyalı Joau Felişi transfer etmək istəyir. Matç.az xəbər verir ki, İspaniya təmsilçisi "Benfika"nın yarımmüdafiəçisini heyətinə qatmaq niyyətindədi.

19 yaşlı istedadı izləyən Kataloniya təmsilçisi yaxın müddətdə onunla müqavilə imzalamaqda maraqlıdı. "Barselona"nı tələsməyə vadar edən isə digər klubların da Felişə maraq göstərməsidi. "Mançester Yunayted", "Bavariya" və "Atletiko" da yarımmüdafiəçinin xidmətində maraqlıdı.

Qeyd edək ki, cari mövsümdə 15 oyun keçirən Feliş 5 qol vurub. Onun klubu ilə müqaviləsi 2022-ci ilə qədərdi və anlaşmadakı qiyməti 65 milyon avro göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest