İngiltərə "Liverpul"u itki ilə üzləşib. Matç.az xəbər verir ki, ölkə kubokunun 1/32 final mərhələsinin hazırda davam edən "Vulverhempton"la görüşü mersisaydlılar üçün uğursuz başlayıb.

Belə ki, müdafiəçi Deyan Lovren artıq 6-cı dəqiqədə zədələnib. Bu üzdən xorvatiyalı futbolçu əvəzlənib.

Onun yerinə meydana Ki-Cana Xuver daxil olub. Bu, 16 yaşlı hollandiyalının "Liverpul"da debütüdü.

Qeyd edək ki, Lovren cari mövsümdə Premyer Liqada 9 oyunda 1 qol və 1 assistlə fərqlənib.


  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest