Uğursuz mövsüm keçirən "Monako" heyətini gücləndirməyə çalışır. Matç.az xəbər verir ki, "Knyazlıq klubu" Qvineya millisinin hücumçusu Fransua Kamanonu heyətinə qatmağa çalışır.

Monakolular "Bordo"ya futbolçusu üçün 15 milyon avro və 3 milyon bonus təklif edib. Lakin Fransa təmsilçisi 22 yaşlı hücumçunun satışından 20 milyondan az qazanmaq niyyətində deyil. Kamanonun özü isə Tyerri Anrinin rəhbərliyi altında oynamağa razılıq verib.

Qeyd edək ki, hücumçu 2016-cı ildə "Bastiya"dan "Bordo"ya cəmi 2,5 milyona keçib. 2020-ci ilə qədər müqaviləsi olan Kamano cari mövsümün 17 oyununda 8 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest