Fransa Liqa 1-in 36-cı turunun “Renn”lə matçında (1:1) qırmızı vərəqə alan PSJ-nin futbolçusu Presnel Kimpembenin cəzası açıqlanıb.
 
Matc.az turnirin saytına istinadən xəbər verir ki, 25 yaşlı fransalı müdafiəçi üç oyunluq diskvalifikasiya olunub.
 
Kimpembe PSJ-nin çempionatda “Reyms”lə ev və “Brest”lə səfər matçını buraxacaq.
 
PSJ Liqa 1-də 2-ci sıradadır. Paris təmsilçisi sona iki tur qalmış lider “Lill”dən üç xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest