İngiltərə "Liverpul"u yarımmüdafiəçisi Ovimumo Ejariyanı icarəyə göndərib. Matç.az xəbər verir ki, futbolçu mövsümün sonunadək çempionşipdə çıxış edən "Ridinq"in şərəfini qoruyacaq.

Tərəflər yarım illik anlaşma əldə edib. Mövsümün əvvəlində Şotlandiya "Reyncers"ində icarədə olan 21 yaşlı futbolçu dekabrdan "Liverpul"un düşərgəsindədi.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında "Liverpul"da debüt edən futbolçu bu müddətdə cəmi 8 oyuna çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest