Azərbaycan millisinin sabiq futbolçusu Alim Qurbanov özünə yeni iş yeri tapıb. Matç.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssis bundan sonra "Keşlə"də çalışacaq.

Son olaraq "Sabah-2"də məşqçi funksiyasını yerinə yetirən Qurbanov bundan sonra "Keşlə"nin U-14 komandasında köməkçi vəzifəsini icra edəcək. O, bakılıların 2005-ci il təvəllüdlü futbolçulardan ibarət komandasında baş məşqçi Araz Qulamova kömək edəcək.

Qeyd edək ki, Alim Qurbanov futbolçu karyerasını 2012-ci ildə "Xəzər Lənkəran"da başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest