08 Yanvar 2019, 14:00
FUTBOL
İngiltərənin "Bolton" klubunun əsas səhmdarı Ken Anderson özünə aid hissəni satmaq niyyətindədi. Matç.az xəbər verir ki, funksioner klubu ağır durumdan çıxara biləcək, daha güclü maliyyə imkanlarına malik müştəri axtarışına başlayıb.
O, vaxtilə Premyer Liqada çıxış edən, lakin xeyli müddətdi aşağı dəstələrdə var-gəl edən "Bolton"un xilası üçün belə addım atmağa məcburdu. ötən ilin noyabr ayının maaşlarının yubanması üzündən kluba da transfer qadağası qoyulub. Klubun sabiq sahibi Eddi Devisin sentyabrda verdiyi 5 milyon avroluq kredit də komandaya kömək etməyib.
Qeyd edək ki, "Bolton" çempionşipdə 22-ci pillədə qərarlaşıb.