İtaliyanın "Yuventus" klubu Kristian Romeronu transfer edir. Matç.az xəbər verir ki, Turin təmsilçisi "Cenoa"ya müdafiəçisi üçün 20 milyon avro ödəyəcək.

Razılaşmaya əsasən argentinalı yayda yeni klubuna qoşulacaq. "Yuventus" rəhbərliyi müdafiəçiin oyunundan, xüsusilə "ağ-qaralar"la matçdakı çıxışından məmnun qalıb.

Qeyd edək ki, 20 yaşlı müdafiəçi cari mövsüm A seriyasında 11 oyun keçirib və 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest