21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda mətbuat üçün açıq məşqi olacaq. Matç.az saytı xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq yığmamızın məşqi Bakıda baş tutacaq.

Hazırlıq prosesi oktyabrın 12-də keçiriləcək. Saat 17:00-da start götürəcək məşq "Bayıl Arena"da gerçəkləşəcək.

Məşqdən əvvəl – saat 16:30-da baş məşqçi Rəşad Sadıqov və futbolçular jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, komanda Norveçə oktyabrın 13-də yola düşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest