Portuqaliyalı Joze Mourinyo yenidən "Real"a qayıtmağa razılıq verib. Matç.az xəbər verir ki, mütəxəssis heç də yaxşı günlərini yaşamayan İspaniya klubunu bu durumdan çıxarmağa hazırdı.

2010-13-cü illərdə də Madrid təmsilçisinə rəhbərlik edən Mourinyo artıq klub prezidenti Florentino Pereslə də danışıq aparıb. Portuqaliyalı qayıtması üçün "Real"ın şərt qoyub.

O, iki futbolçunun alınması tələbi ilə çıxış edib. Mourinyo öncə mərkəz yarımmüdafiəçisi, ardınca hücumçu alınmasını istəyib.

Qeyd edək ki, Primeranın 18 turundan sonra "Real" 5-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest