2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlıqları Bakıda davam etdirən "Qəbələ"nin məşqçilər korpusunda dəyişiklik baş verib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaur Həşimov "qırmızı-qaralar"ın məşqçisi təyin olunub.

O, Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 38 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə imzalanıb. Həşimov "Qəbələ"dən yenicə ayrılan fiziki hazırlıq üzrə məşqçi Miloş Yevtiçin yerinə gətirilib.

Qeyd edək ki, Zaur Həşimov futbolçu karyerası ərzində "Şəfa", "İnter", "MKT-Araz", "Xəzər Lənkəran", "Qarabağ", "Sumqayıt"da, həmçinin Azərbaycanın əsas və aşağı yaş qruplarında çıxış edib. "Qəbələ"nin yeni məşqçisi bunadək "Qarabağ" və "Zirə"də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest