08 Yanvar 2019, 17:05
FUTBOL
Afrika Millətlər Kubokunun keçiriləcəyi yer müəyyənləşib. Matç.az xəbər verir ki, qitə çempionatına Misir ev sahibliyi edəcək.
Yarışı qəbul edəcək ölkə səsvermə ilə seçilib. Misir yeganə rəqibi CAR-ı qabaqlayıb.
Bu il keçiriləcək yarışın ev sahibinin indi seçilməsi bu hüququn Kamerundan alınması ilə bağlıdı. Yarış üçün obyektlərin tikilməsində gecikmələrə görə təşkilatçı ölkə dəyişdirilib.