"Barselona"nın futbolçusu Denis Suares karyerasını "Arsenal"da davam etdirməyə razılaşıb. Matç.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, keçid icarə əsasında baş tutacaq.

İspaniyalı futbolçuya digər klublardan təkliflər gəlsə də, o, "topçular"a keçməyi üstün tutub.

Maraqlıdır ki, İngiltərə mətbuatında gedən xəbərlərdə bu keçidin reallaşması halında "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın komandadan ayrılacağı bildirilib. Buna səbəb oyunçunun ehtiyatda qalacağından ehtiyatlanmağıdır.

Qeyd edək ki, Suares bu mövsüm La Liqada cəmi 2 oyuna çıxıb. Onun "Barsa" ilə 2020-ci ilin iyun ayına qədər müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest