Futbol üzrə Fransa çempionatında mövsümün ən yaxşı qapıçısı məlum olub.
 
Matc.az xəbər verir ki, bu, PSJ-nin futbolçusu Keylor Navasdır. 
 
Navas Fransa Peşəkar Futbolçular Assoasiasiyası tərəfindən mövsümün ən yaxşı qapıçısı seçilib.
 
34 yaşlı qapıçı səsvermədə "Lill"dən Mayk Menyan, "Lion"dan Antonio Lopes, "Marsel"dən Stiv Mandanda və "Monako"dan Benjamen Lekontu qabaqlayıb.
 
Navas bu mövsüm PSJ ilə Liqa 1-də 28 oyunda 18 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest