İngiltərə Liqa kubokunda yarımfinal mərhələsi start götürüb. Matç.az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki London klubu üz-üzə gəlib.

"Tottenhem"lə "çelsi" arasında matçın taleyini 1 qol həll edib. 27-ci dəqiqədə penaltidən fərqlənən Hari Keyn "Tottenhem"ə qələbə qazandırıb. Komandalar arasında cavab oyunu yanvarın 24-də keçiriləcək.

Qeyd edək ki, bu gün baş tutacaq digər yarımfinalda "Mançester Siti" ilə "Barton" görüşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest