09 Yanvar 2019, 09:37
FUTBOL
Fransa Liqa kubokunda 1/4 final mərhələsinə start verilib. Matç.az xəbər verir ki, ilk oyun günündə "Lion" "Strasburq"u qəbul edib.
Meydan sahibləri görüşün favoriti olsalar da, 1:2 hesabı ilə uduzublar. 26-cı dəqiqədə Ayork, 52-ci dəqiqədə Kone qonaqların sevinməsinə səbəb olub. Traorenin 49-cu dəqiqədəki qolu isə "Lion"a yetərli olmayıb. Nəticədə "Strasburq" yarımfinala adlayıb.
Qeyd edək ki, 1/4 finalın digər oyunları bu gün baş tutacaq. "Monako" "Renn"i, PSJ "Genqam"ı, "Bordo" isə "Havr"ı qəbul edəcək.