Avropa yığmalarının iştirakı ilə bir yoldaşlıq oyunu keçirilib. Matç.az xəbər verir ki, İsveç millisi Finlandiya ilə qarşılaşıb.

Skandinaviyalıların Qətərin Doha şəhərində keçirilən duelinin taleyini 1 qol həll edib. Markkanen 22-ci dəqiqədə vurduğu qolla finlandiyalılara qələbə qazandırıb.

Qeyd edək ki, Qətər toplanışında olan hər iki komanda yanvarın 11-də də meydana çıxacaq. Finlandiya Estoniya, İsveç İslandiya ilə görüşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest