Konfrans Liqasının ilk iki mərhələsində iştirak edəcək 99 komanda müəyyənləşib. Matc.az xəbər verir ki, I təsnifat mərhələsinin 52, ikinci raundun 47 iştirakçısı dəqiqləşib. Azərbaycanın bu turnirdəki təmsilçiləri yarışa II mərhələdən başlayacaq. Bunlar "Qarabağ", "Sumqayıt" və "Keşlə"di. Artıq komandalarımızın püşkatmaya hansı səbətdən qatılacağı da bəllidi. "Qarabağ" güclülərin yer aldığı səpələnmişlər, "Sumqayıt"la "Keşlə" isə zəiflərin qərarlaşdığı səpələnməmişlər sırasında yer alacaq.
 
İlk iki mərhələnin püşkü iyunun 15-16-da atılacaq.
 
Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: "Maribor" (Sloveniya), "Fehervar" (Macarıstan), "Dandolk" (İrlandiya), "Suduva" (Litva), TNS (Uels), "Spartak" (Slovakiya), "Olimpiya" (Sloveniya), "Sareyevo" (Bosniya və herseqovina), "Klaksvik" (Farer adaları), "KuPS" (Finlandiya), "Hafnarfyordur" (İrlandiya), "Sutyeska" (Monteneqro), "Europa" (Cəbəllütariq), "Liepaya" (Latviya), "Hibernians" (Malta), "Levadiya" (Estoniya), "Styarnan" (İslandiya), "Uypeşt" (Macarıstan), "Puşkaş Akademiyası (Macarıstan), "Slaşk" (Polşa)
 
Qeyri-müəyyənlər: "Şkupi" (Şimali Makedoniya), "Petrokub" (Moldova), "Runavik" (Farer adaları), "Jilina" (Slovakiya), "Bala Taun" (Uels), "Qzira" (Malta), "Breydablik" (İslandiya)
 
Səpələnməmişlər: "Breydablik" (İslandiya), "Sent Cozef" (Cəbəllütariq), "Milsami" (Moldova), "Jalgiris" (Kaunas, Litva), RFS (Latviya), "İnter" (Finlandiya), "Sileks" (Şimali Makedoniya), "Panevejis" (Litva), "Bohemians" (İrlandiya), "Sliqo Rovers" (İrlandiya), "Struqa" (Şimali Makedoniya), "Sfantul Qeorqe" (Moldova), "Birkirkara" (Malta), "Valmieras" (Latviya), "Qaqra" (Gürcüstan), "Dinamo" (Batumi, Gürcüstan), "Honka" (Finlandiya), "Dila" (Gürcüstan), "Sent Culia" (Andorra), "Llapi" (Kosovo), "Mons" (Cəbəllütariq), "Payde" (Estoniya), "Deçiç" (Monteneqro), "Podqoritsa" (Monteneqro)


II təsnifat mərhələsi
Səpələmişlər: "Bazel" (İsveçrə), "Kopenhagen" (Danimarka), "Gent" (Belçika), "Astana" (Qazaxıstan), "Feyenoord" (Niderland), "Qarabağ" (Azərbaycan), "Styaua" (Rumıniya), PAOK (Yunanıstan), AEK (Yunanıstan), "Partizan" (Serbiya), BATE (Belarus), "Molde" (Norveç), "Rusenborq" (Norveç), "Riyeka" (Xorvatiya), "Apollon" (Kipr), "Santa Klara" (Portuqaliya), çSKA (Bolqarıstan), "Hayduk" (Xorvatiya), "Soçi" (Rusiya), "Aberdin" (Şotlandiya), "Hibernian" (Şotlandiya), "Vorskla" (Poltava), "Sivasspor" (Türkiyə), "Osiyek" (Xorvatiya), "Universtatya Krayova" (Rumıniya), AEL (Kipr), "Lutsern" (İsveçrə)
 
Qeyri müəyyənlər: "çukariçki" (Serbiya), "Voyvodina" (Serbiya), "Slovaçko" (çexiya), "Servett" (İsveçrə), "Aris" (Yunanıstan)
 
Səpələnməmişlər: "Dinamo" (Brest, Belarus), "Dunayska Ştreda" (Slovakiya), "Aşdod" (İsrail), "Valerenqa" (Norveç), "Elfsborq" (İsveç), "Haken" (İsveç), "Elfsborq" (İsveç), "Lokomotiv" (Plovdiv, Bolqarıstan), "Keşlə" (Azərbaycan), "Sumqayıt" (Azərbaycan), "Tobol" (Qazaxıstan), "Şaxtyor" (Qazaxıstan), "Torpedo" (Belarus), "Poqon" (Polşa), "Rakov" (Polşa)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest