26 May 2021, 16:24
FUTBOL
"Zirə"də müqavilə müddəti başa çatan daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, söhbət son mövsümü icarə əsasında qəsəbə klubunda keçirən Hacıağa Hacılıdan gedir. Müqavilə ilə "Qarabağ"a məxsus olan 23 yaşlı oyunçu daha bir il "Zirə"nin formasını geyinəcək.
"Qartallar" daha əvvəl "Sabah"dan cinah oyunçusu Təmkin Xəlilzadə və "Sumqayıt"dan qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.
Buna qədər klubda Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç və Klesio Baukun başa çatan müqavilələri yenilənməyib.