Bu gün "Qarabağ"ın bazasında akademiya heyəti ilə görüş keçirilib. Matç.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin direktoru Əmrah çəlikəlin rəhbərliyi ilə baş tutan tədbirdə  akademiyanın məşqçi, texniki-inzibati heyətiylə fikir mübadiləsi aparıb.

Akademiyanın hazırki durumuyla bağlı danışan Əmrah çəlikəl əsas məqsədin Azərbaycan futboluna yeni futbolçular bəxş etmək və müvafiq yaş qruplarına üzrə milli komandalara çox sayda futbolçu vermək olduğunu da bildirib.

Aşağı yaş qrupları üzrə komandaların durumu müzakirə olunub və mövcud problemləri müəyyənləşdirilib. Sonda direktor məşqçilərin fikirlərini dinləyib və onların suallarını cavablandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest