İngiltərə millisinin sabiq qapıçısı Co Hart karyerasını aşağı liqada davam etdirə bilər. Matç.az xəbər verir ki, futbolçu çempionşipdə çıxış edən "Preston"a keçməyə yaxındı.

Aşağı liqa təmsilçisi Hartın formasını geyindiyi "Bernli" ilə danışıqlara start verib. Premyer Liqa klubunun baş məşqçisi Şon Dayçla münasibətlərində soyuqluq yaranan qapıçının özü də icarəyə yollanmağın tərəfdarıdı. "Preston" isə əsas qapıçısı Kris Maksvelli "çarlton"u icarəyə verdiyi üçün "1 nömrə" axtarır.

Qeyd edək ki, "Mançester Siti" və yığmanın əsas qapıçısı olan Co Pep Qvardiolanın kluba gəlişindən sonra əsas heyətdə yerini itirib. MS onu "Torino" və "Vest Hem"ə icarəyə verdikdən sonra 2018-ci ilin yayınd 3,5 milyon avroya "Bernli"yə satıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest