09 Yanvar 2019, 12:23
FUTBOL
"Mançester Yunayted" Xorvatiya millisinin futbolçusu Milan Şkrinyarı transfer etmək istəyir. Matç.az xəbər verir ki, İngiltərə təmsilçisi müdafiəçinin çıxış etdiyi İtaliya "İnter"inə 60 milyon avro verməyə hazırdı.
Milan klubu isə futbolçusunu daha baha qiymətə satmaq niyyətindədi. İtaliyalılar 23 yaşlı xorvat üçün 90 milyon avro istəyir.
Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Xorvatiyanın müdafiəçisinin "İnter"lə müqaviləsi 2022-ci ilin yayına qədərdi.