"Ştutqart"ın müdafiəçisi Benjamin Pavar mövsümün sonunda komandasını dəyişəcək. Matç.az saytının məlumatına görə, Fransa millisinin üzvü yayda "Bavariya"ya keçəcək.

Bunu Münhen klubunun idman direktoru Hasan Salihamidziç də təsdiqləyib. O, 22 yaşlı oyunçu ilə anlaşdıqlarını açıqlayıb: "Pavarla müqaviləmiz iyulun 1-dən etibarən qüvvəyə minəcək. O, bizimlə 5 illik sözləşmə imzaladı".

Qeyd edək ki, "Ştutqart"la müqavilə müddəti 2021-ci ilə qədər olan Pavarın keçidi "Bavariya"ya 35 milyon avroya başa gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest