09 Yanvar 2019, 16:44
FUTBOL
"Hoffenhaym"ın futbolçusu Stiven Suber klubdan ayrılıb. Matç.az xəbər verir ki, yarımmüdafiəçi Bundesliqasının digər klubu "Ştutqart"da çıxış edəcək.
İsveçrəli legioner yeni komandasında icarə əsasında çıxış edəcək. Mövsümün sonunadək "Ştutqart"da oynayacaq Suberə "9" nömrə verilib.
2014-cü ildən "Hoffenhaym"da çıxış edən isveçrəli cari mövsümdə 13 oyunda 1 qol vurub. 27 yaşlı futbolçunun müqaviləsi yayda başa çatır.