Qış fasiləsində heyətini gücləndirməyə çalışan "Monako" heyətinə daha bir futbolçu qatıb. Matç.az xəbər verir ki, "Knyazlıq klubu" Türkiyə "Antalyaspor"unda çıxış edən Vilyam Vankeri sıralarına cəlb edib.

30 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarə əsasında "Monako"da oynayacaq. Futbolçunun icarə qiyməti açıqlanmır. Onun "Antalyaspor"la müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki,  Vanker "Nant", "Standard", Moskva "Dinamo"su, "Roma" və "Marsel"də də çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest