UEFA "Barselona", "Real" və "Yuventus"un bu həftə çempionlar Liqasından uzaqlaşdırması barədə qərar verəcək. Matc.az xəbər verir ki, bu haqda İtaliyanın "la Repubblica" nəşri məlumat yayıb. Buna hər üç klubun Avropa Super Liqasını yaratmasında fəal iştirakı səbəb olub.
 
Adları çəkilən klublar hələ də Super Liqadan çəkildiklərini açıqlamayıblar.
 
Daha əvvəl Super Liqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina ediblər. Hazırda yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Super Liqada qaldıqlarını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest