10 Yanvar 2019, 00:09
FUTBOL
"İnter"in kapitanı Mauro İkardi növbəti dəfə yeni müqavilə təklifini rədd edib. Matç.az saytı xəbər verir ki, bu barədə məlumatı futbolçunun menecerliyini edən həyat yoldaşı Vanda Nara verib.
O, buna səbəb kimi maliyyə problemini göstərib. Belə ki, Argentina millisinin üzvü ilinə 8 milyon avro maaş tələb edib. Lakin "neradzurra" 7 milyondan yuxarı məvacib vermək fikrində deyil. Bu səbəbdən İkardi ən geci yayda klubunu dəyişməyi düşünür. Onun xidmətində "Real" və "çelsi" başda olmaqla, bir neçə Avropa nəhəngi maraqlıdı.
Qeyd edək ki, Mauro İkardinin "İnter"lə müqavilə müddəti 2021-ci ilə qədərdi.