Futbol üzrə Qazaxıstan milli komandasının sabiq futbolçusu İslam Dalaev vəfat edib.
 
Matc.az xəbər verir ki, keçmiş cinah oyunçusu 28 yaşında ürəktutmasından ölüb. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
 
Stanislav Lunin adı ilə tanınan Dalaev ötən il səhhətindəki problemlərə görə karyerasını bitirmişdi.
 
Qazaxıstan yığması ilə 2 oyuna çıxan mərhum futbolçu ölkəsinin "İrtış", "Kayrat" və "Şaxtyor" klublarında çıxış etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest