İspaniya millisinin və "Real"ın futbolçusu Serxio Ramos karyerasında 100-cü qola imza atıb. Matç.az xəbər verir ki, bu hadisə İspaniya kubokunun 1/8 final mərhələsinin "Leqanes"lə ilk oyununda reallaşıb.

3:0 hesablı qələbəyə 44-cü dəqiqədəki qolla töhfə verən müdafiəçi penaltidən fərqlənib. 32 yaşlı futbolçu peşəkar səviyyədə 100-cü dəfə qol sevinci yaşayıb.

"Real"ın kapitanı 80 dəfə Madrid klubunun, 3 dəfə "Sevilya"nın, 17 dəfə millinin heyətində rəqib qapısına yol tapıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest