10 Yanvar 2019, 09:23
FUTBOL
"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Matç.az klubun saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri hazırlığın dördüncü gününü iki məşqlə başa vurub.
Günün ilk məşqi yerli vaxtla saat 11:00-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular fitness zalında çalışıb.
Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da başlayıb və meydançada baş tutub. Komanda isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib.