Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Moldova yığmasıyla qarşılaşıb.
 
Kişinyovda keçirilən oyunda meydan sahibləri minimal hesabla üstün olublar. Komandamız ən azı bərabərlik qolu üçün çox çalışsa da, məğlubiyyətdən qaça bilməyib.
 
Yığmamız bundan əvvəlki yoxlama oyunlarında Türkiyəyə 1:2 hesabıyla uduzub, Belarusa isə 2:1 qalib gəlmişdi.
 
Yoxlama oyunu
6 iyun
 
Moldova - Azərbaycan 1:0
Qol: V.Damaşkan, 8.
Kişinyov. “Zimbru” stadionu. Baş hakim: Marian Aleksandru Barbu (Rumıniya).
 
Moldova: 23. Kristian Avram, 3. Vadim Bolohan, 4. İqor Armaş (k), 5. Vyaçeslav Posmak, 9. Vitali Damaşkan, 14. İqor Kostrov, 15. İoan Jardan, 17. Aleksandr Belousov, 18. Kristian Dros, 20. Serxiu Platika, 22. Vadim Rata.
Ehtiyat oyunçular: 1. Dumitru Çelyadnik, 12. Nicolay Çebotari, 2. İqor Arhiriy, 6. Daniel Dubravanu, 7. Andrey Kojakari, 8. George Anton, 10. Dan Spataru, 11. Yevgeni Oança, 13. Maksim Potırnike, 16. Aleksandru Antonyuk, 19. İon Nikolaesku, 21. Nikki Kleşenko.
Baş məşqçi: Roberto Bordin.
 
Azərbaycan: 23. Mehti Cənnətov, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 12. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 9. Rəhim Sadıxov, 13. Şəhriyar Əliyev, 14. Sertan Taşkın, 16. Elvin Camalov, 17. Elvin Cəfərquliyev, 19. Anatoli Nuriyev, 20. İsmayıl İbrahimli, 21. Toral Bayramov, 22. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Canni De Byazi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest