10 Yanvar 2019, 10:31
FUTBOL
PSJ-nin kubok yarışlarındakı hegemonluğu başa çatıb. Matç.az xəbər verir ki, paytaxt təmsilçisi Liqa kubokunun 1/4 finalında "Genqam"a uduzub.
1:2 hesabı ilə uduzan parislilər daxili kubok yarışlarında sonuncu dəfə 2014-cü ildə məğlub olmuşdu. 2014-cü ilin yanvarında Fransa kubokunun 1/32 finalında PSJ "Monpelye"yə yenilmişdi.
Bundan sonra ölkə kuboku, Liqa kuboku və Superkubokda uduzmayan komanda bu turnirlərdə 14 titula yiyələnib. Fransa kubokuna 4 dəfə yiyələnən PSJ digər iki turnirin hərəsində 5 dəfə qalib olub.