10 Yanvar 2019, 11:04
FUTBOL
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması beynəlxalq turnirdə çıxış edəcək. Matç.az xəbər verir ki, millimiz Ukraynada təşkil olunan Viktor Bannikovun xatirəsinə həsr olunan ənənəvi yarışda qüvvəsini sınayacaq.
Turnir avqustun 25-30-da keçiriləcək. Yarışda yığmamız və meydan sahibləri, həmçinin Latviya, çexiya, Belarus, Türkiyə, Slovakiya və İsrail komandaları mübarizə aparacaq.