Fransanın "Dijon" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matç.az xəbər verir ki, Liqa1 təmsilçisi Antuan Kombuare ilə müqavilə imzalayıb.

Mövsümün sonuna qədər bu postu tutacaq 55 yaşlı mütəxəssis komandanın "sükanı arxası"nda ötən il dekabrın 31-də istefaya göndərilən Olivye Dallolyonu əvəzləyib. Kombuarenin son klubu ötən il noyabrın 6-da ayrıldığı "Genqam" olub.

Qeyd edək ki, Liqa1-in 18 turundan sonra 16 xala malik "Dijon" 20 komanda arasında 18-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest