Bu gün futbol üzrə Avropa çempionatına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

AÇ-2020-nin açılış matçı İtaliyanın Roma şəhərində keçirilib. Burada İtaliya yığması Türkiyə milli komandası ilə üz-üzə gəlib. Romadakı “Olimpiko” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə ötən il baş tutmayan və bu ilə təxirə salınan AÇ-2020 Avropanın 12 şəhərində keçirilir. Onların arasında Bakı da var. A qrupunun Uels – İsveçrə, Türkiyə – Uels və İsveçrə – Türkiyə oyunları məhz Bakı Olimpiya Stadionunda keçiriləcək. Təqvimə əsasən, Bakı 1/4 final mərhələsinin də bir oyununa ev sahibliyi edəcək.

AÇ-2020
A qrupu

11 iyun

Türkiyə – İtaliya 0:3
Qol: M.Demiral, 53-öz qapısına. Ç.İmmobile, 66. L.İnsinye, 79.
Baş hakim: Danni Makkeli (Niderland).
Roma. “Olimpiko” stadionu.

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 9. Kenan Karaman, 10. Hakan Çalhanoğlu, 11. Yusuf Yazıcı, 13. Umut Meraş, 17. Burak Yılmaz (k).
İtaliya: 21. Canluici Donnarumma, 3. Corco Kyellini (k), 4. Leonardo Spinatsola, 5. Manuel Lokatelli, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 11. Domeniko Berardi, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi, 24. Alessandro Florensi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest