“Real Madrid”in qapıçısı Tibo Kurtua komanda yoldaşı Vinisius Juniorun yenidən ən yüksək səviyyəli oyun nümayiş etdirəcəyinə inandığını bildirib. Matc.az xəbər verir ki,  avqust ayından etibarən gözlənilən performansı sərgiləməkdə çətinlik çəkən braziliyalı hücumçu cari mövsümdə meydana çıxdığı 13 oyunda cəmi bir dəfə fərqlənib.
 
Kurtua Vinisiusun hazırkı vəziyyəti, onun oyun keyfiyyətləri və əvvəlki formasına qayıtmaq potensialı barədə fikirlərini bölüşüb:
 
“Biz bir-birimizə dəstək oluruq. Vinisius xoşbəxtdir, eyni zamanda özündən də çox şey tələb edir. Karyera uzun bir yoldur və hər mövsüm 10 üzərindən 9 və ya 10 səviyyəsində çıxış etmək mümkün deyil. Bildiyim qədərilə, buna yalnız Lionel Messi və Kriştiano Ronaldo nail ola biliblər.
Mən Vinisiusun nə qədər möhtəşəm oynaya bildiyini görmüşəm. O, xüsusilə hava mübarizələrində çox təsirlidir. Meydanda ona sərbəstlik vermək lazımdır. Hamımız Vinisiusun ən yaxşı versiyasına ehtiyac duyuruq”.
 
Qeyd edək ki, Kurtuanın açıqlamasını İspaniyanın “Marca” nəşri yayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest