AÇ-2020-nin B qrupunda yer alan millinin oyunçuları 1/4 finala yüksəlsələr, 170 min avro, yarımfinala vəsiqə qazansalar, 290 min avro, finala çıxacaqları təqdirdə, 370 min avro mükafat alacaqlar.

Futbol üzrə Belçika millisinin AÇ-2020-nin qalibi olacağı təqdirdə, futbolçulara veriləcək mükafatın məbləği müəyyənləşib.
 
Matc.az xəbər verir ki, yığma çempion olsa, heyətə daxil edilən hər futbolçuya 435 min avro ödəniləcək.
 
Bu barədə Belçika mətbuatı məlumat yayıb. AÇ-2020-nin B qrupunda yer alan millinin oyunçuları 1/4 finala yüksəlsələr, 170 min avro, yarımfinala vəsiqə qazansalar, 290 min avro, finala çıxacaqları təqdirdə, 370 min avro mükafat alacaqlar.
 
Qeyd edək ki, Belçika yığmasına Roberto Martines rəhbərlik edir. Sözügedən komanda ilə yanaşı, B qrupunda Danimarka, Finlandiya və Rusiya da yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest