11 İyun 2021, 22:00
AVRO-2024
Futbol üzrə Rusiya millisinin yarımmüdafiəçisi Andrey Mostovoyda koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə COVİD-19 testi pozitiv çıxan oyunçunun artıq millinin heyətindən kənarlaşdırıldığı diqqətə çatdırılıb. Məşqçilər korpusu onun əvəzində Roman Yevgenyevə dəvət göndəriblər. Baxmayaraq ki, Roman Andreydən fərqli, mərkəz müdafiəçisidir.
Rusiya yığması Aç-2020-də Belçika, Danimarka və Finlandiya ilə birgə B qrupunda mübarizə aparacaq.