Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Roberto Mançini Aç-2020-nin qrup mərhələsi çərçivəsində Türkiyə millisinə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, italyan mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
 
"3:0 hesabıyla qalib gəlsək də, asan matç olmadı. Yaxşı bir rəqibə qarşı oynadıq. Yaxşı oynadığımızı düşünürəm. Bundan sonrakı oyunlarımız daha çətin keçəcək. çünki qrupdakı rəqiblərimizin hamısı yaxşı komandalardır. Türkiyə yığması yaxşı texnikaya malik futbolçulardan təşkil olunub. Onlara qol şansı vermədik. Məncə, aradakı əsas fərq də məhz bu idi. Bizim qrupda mübarizə aparmaq çətin olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest