Uels yığmasının baş məşqçisi Robert Peys Aç-2020-nin qrup mərhələsi çərçivəsində İsveçrə millisinə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:1 hesabıyla başa çatan matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
 
"Matça yaxşı başladıq. Qol vurduğumuza görə sevinirəm və göstərdikləri oyuna görə futbolçulara minnətdaram. Bakı Olimpiya Stadionunda istədiyimiz qədər azarkeş görmədim. Ancaq onların himni oxuduğunu eşitdim. Biz qol vuranda da fanatlar əla idilər. Təbii ki, daha çox azarkeşin stadionda olmasını istəyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest