12 İyun 2021, 21:33
AVRO-2024
Futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində keçirilən Uels - İsveçrə oyununun ən yaxşı futbolçusu açıqlanıb.
Matc.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanın ən yaxşısı İsveçrə yığmasının futbolçusu Bril Embolo seçilib.
Qeyd edək ki, Embolo 1:1 hesabıyla başa çatan bu qarşılaşmada hesabı açan futbolçu olub. 24 yaşlı hücumçu görüşün 49-cu dəqiqəsində fərqlənib.