29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin sabit olduğu diqqətə çatdırılıb. Danimarka Futbol Federasiyası da təcrübəli oyunçunun özünə gəldiyini və hazırda xəstəxanada müayinə olunduğunu açıqlayıb.

Aç-2020-nin B qrupu çərçivəsində baş tutan Finlandiya ilə matçda huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksenin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
 
29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin sabit olduğu diqqətə çatdırılıb. Danimarka Futbol Federasiyası da təcrübəli oyunçunun özünə gəldiyini və hazırda xəstəxanada müayinə olunduğunu açıqlayıb.
 
Artıq Danimarka - Finlandiya matçı ilə bağlı yekun qərar da açıqlanıb. UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:30-da qaldığı yerdən - 41-ci dəqiqədən davam etdiriləcək. Əvvəlcə birinci yarının qalan 4 dəqiqəsi oynanılacaq. 5 dəqiqəlik fasilədən sonra isə ikinci hissə başlayacaq.
 
Qeyd edək ki, məlum hadisəyə qədər qarşılaşmada hesab açılmamışdı - 0:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest