13 İyun 2021, 14:33
AVRO-2024
Portuqaliya millisinin futbolçusu Joao Kanselo koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Kanselonun koronavirus testi müsbət çıxıb.
Portuqaliya millisinin Aç-2020-nin qrup mərhələsinin ilk turunun Macarıstan yığması ilə oyununun heyətinə Kanselonun əvəzinə Dieqo Dalot daxil edilib.
Macarıstan – Portuqaliya matçı iyunun 15-də keçiriləcək.