Daha öncə qitə birinciliyində birinci matçını keçirmiş Finlandiya yığması kimi, Şimali Makedoniya da ilk dəfədir AÇ-də mübarizə aparmaq şansı qazanıb. Amma Danimarkaya 1:0 hesabıyla qalib gəlmiş finlərdən fərqli, makedoniyalıların debütü uğursuz olub. Bu komanda Avstriyaya 1:3 hesabıyla uduzub.

Aç-2020-nin C qrupu çərçivəsində keçirilən Avstriya – Şimali Makedoniya matçı bir neçə ilklə yadda qalıb. Matc.az xəbər verir ki, hər şeydən öncə Şimali Makedoniya millisi Avropa çempionatının final mərhələsində ilk matçına çıxıb.
 
Daha öncə qitə birinciliyində birinci matçını keçirmiş Finlandiya yığması kimi, Şimali Makedoniya da ilk dəfədir Aç-də mübarizə aparmaq şansı qazanıb. Amma Danimarkaya 1:0 hesabıyla qalib gəlmiş finlərdən fərqli, makedoniyalıların debütü uğursuz olub. Bu komanda Avstriyaya 1:3 hesabıyla uduzub.
 
Əvəzində Avstriya yığması Avropa çempionatlarının final mərhələsində ilk dəfə qələbə sevinci yaşayıb. Bu komanda daha öncə iki dəfə Aç-də mübarizə aparmış və qrupda qalmışdı. İlk qələbəsini 7-ci oyunda qazanan avstriyalılar əvvəlki 6 oyunda 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülmüşdülər.
 
Bu oyun Avstriya yığmasının futbolçusu Mixael Qreqoriç üçün də əlamətdar olub. O, bu oyunda fərqlənməklə Avropa çempionatları tarixində 700-cü qolun müəllifinə çevrilib. Almaniyanın "Auqsburq" klubunun 27 yaşlı hücumçusu komandasının ikinci qolunun müəllifi olub. Avstriyalıların digər qollarını Ştefan Layner və Marko Arnautoviç vurub. Şimali Makedoniya millisindən isə Qoran Pandev fərqlənib. 
 
Yeri gəlmişkən, Pandev üçün də bu qol əlamətdar olub. Təcrübəli futbolçu Aç-nin final mərhələsində ilk qolunu vurub. İtaliyanın "Cenoa" klubunun təcrübəli hücumçusu bu oyunda fərqlənməklə Avropa çempionatları tarixində qol vurmuş ikinci ən yaşlı futbolçu olub (37 yaş 321 gün). Rekord isə məhz Avstriya yığmasının sabiq futbolçusu İvitsa Vastiçə məxsusdur (38 yaş 257 gün, Aç-2008). Pandev həm də yığma komandanın ən yaxşı bombardiri (37 qol) və ən çox oyun (117) keçirən futbolçusudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest