14 İyun 2021, 01:25
AVRO-2024
Aç-2020-nin C qrupu çərçivəsində keçirilən Niderland - Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az xəbər verir ki, Niderland yığmasının müdafiəçisi Denzel Dumfris bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. PSV-nin formasını geyinən 25 yaşlı futbolçu bu matçın 85-ci dəqiqəsində vurduğu qolla komandasına qələbə gətirib – 3:2.