14 İyun 2021, 09:41
AVRO-2024
"Biz həqiqətən çox çalışdıq. Lakin belə isti havada istəyimizə nail olmaq çox çətindir". Matc.az xəbər verir ki, bunu Uels millisinin futbolçusu Qaret Beyl Bakıda Avropa çempionatının A qrupunda İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
İspaniyanın "Real Madrid" kluna məxsus 32 yaşlı hücumçu bütün komanda yoldaşları ilə fəxr etdiyini bildirib: "Oyundan sonra razılaşdıq ki, bu, bizim üçün ilk addımdır. Fiziki formamızı bərpa etməli və dərhal növbəti oyunun hazırlıqlarına başlamalıyıq".
Qeyd edək ki, Uels yığması ikinci oyununu iyunun 16-də Bakı Olimpiya Stadionunda Türkiyə seçməsinə qarşı keçirəcək.