10 Yanvar 2019, 21:51
FUTBOL
"Bavariya" ciddi itki ilə üzləşib. Matç.az saytının məlumatına görə, münhenlilərin futbolçusı Frank Riberi zədələnib.
Klub saytında gedən xəbərdə 35 yaşlı yarımmüdafiəçinin məşqdə xəsarət aldığı bildirilib. Almaniya mətbuatı onun yaşıl meydanlara 2 həftədən sonra qayıdacağını yazıb.
Qeyd edək ki, fransalı futbolçu bu mövsüm Bundesliqada 14 oyuna 4 qol vurub.