14 İyun 2021, 19:29
AVRO-2024
Aç-2020-nin D qrupu çərçivəsində keçirilən Şotlandiya - çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az xəbər verir ki, çexiya yığmasının hücumçusu Patrik Şik bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı forvad bu matçda vurulmuş hər iki qolun müəllifi olub. Almaniyanın "Bayer" klubunun formasını geyinən Şikin xüsusilə 52-ci dəqiqədə meydanın mərkəzindən vurduğu ikinci qol çox baxımlı alınıb.